Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çoxfunkusiyalı modulyar fləşka
SADI şirkətinin dizayneri Xyunsu Sonq Amoeba adlı modulyar USB fləşka təqdim edib. Qurğu 4 blokdan ibarətdir. Həmin blokları həm birlikdə bir fləş daşıyıcı kimi, həm də ayrı-ayrılıqda istifadə etmək olar. Bu barədə Yanko Design saytı məlumat yayıb.
Amoeba fləşkasının hər blokunda müəyyən tip informasiya saxlamaq nəzərdə tutulur. Məsələn, birində şəkillər, digərində musiqi, üçüncüdə sənədlər. Bu halda bir seqment şəxsi informasiyanın saxlanılması üçün istifadə olunur. Əgər kimsə fləşkadan istifadə etməyi istəsə, bu bloku ayırmaq olar.
22/11/11 Çap et