Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonların insan toxunuşlarına reaksiya verməsinə imkan verən unikal material hazırlanıb


Alimlər smartfonların insan toxunuşlarına reaksiya verməsinə imkan verən unikal material hazırlayıblar. İkiqat silikondan hazırlanmış material insan dərisini tamamilə imitasiya edə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "nauka.tass.ru" saytına istinadən yazır ki, sözügedən materialın yaradıcılarının sözlərinə görə, süni dəri arasında xüsusi elektrod qatı yerləşən ikiqat silikondan hazırlanıb. Elektrod qatı çox həssas sensorlar olan ultra-nazik məftillərdən ibarətdir. Telefon belə materialdan hazırlanmış çexola salındıqda emosiyaları həmsöhbətə göndərmək üçün sensor ekrana toxunuşa ehtiyac yoxdur, bundan ötrü insan üçün ənənəvi üsullardan istifadə etmək olar. Tumarlama, qıdıqlama və ya qəzəbli şəkildə toxunuşu sistem belə emosiyalara uyğun smaylik kimi tanıyır.

 

Mühəndislər tərəfindən "Skin-On" kimi adlandırılmış qurğunu müxtəlif mobil qurğulara, həmçinin noutbukda sensor panellərə və daşınabilən cihazlara qoşmaq mümkündür.

 

Emil Hüseynov






24/10/19    Çap et