Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada qum zərrəsi ölçüsündə ən kiçik kamera hazırlanıb


Smartfonlara quraşdırılan kameraların ölçüsü hər il kiçilir. Amma çəkiliş üçün olduqca kiçikölçülü tamamilə başqa tip qurğular mövcuddur. "OmniVision" şirkətinin "OmniVision OV6948" kamerası məhz bu tipə aiddir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, bu kameranın özəlliyi onun ölçüsüdür. "OV6948" kamerası öz ölçüsünə görə (0,575 x 0,575 x 0,232 mm) qum zərrəsinə oxşayır. Buna baxmayaraq, kamera "RGB Bayer" çipinin köməyi ilə 40 min piksel təsvir ölçüsündə rəngli görüntü çəkə bilir.

 

"OmniVision" şirkətinin yeni kamerası smartfonlarda deyil, cərrahi alətlərdə tətbiq üçün nəzərdə tutulub.

 

Emil Hüseynov






25/10/19    Çap et