Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkətinin rüblük gəliri 10 dəfə azalıb


“Hewlett-Packard” şirkəti 2011-ci maliyyə ili haqqında hesabat verib. Ən böyük fərdi kompyuter istehsalçısı 3 ay ərzində 32,1 milyard mədaxil əldə edib.

Bu göstərici keçənilki nəticədən 3% azdır. Server və məlumat saxlanılma sistemlərinin satışları 4%, çap qurğuları isə 10% azalıb. İstehlak sektorunda mədaxil 2% azalıb. Proqram təminatı seqmentində mədaxil 28% artıb. “HP” şirkətinin xalis mənfəəti 1 il ərzində təxminən 10 dəfə azalıb.

İllik mədaxil 1% artaraq 127,2 milyard dollar təşkil edib. Bazar iştirakçıları hesab edirlər ki, şirkətin yeni icraçı direktoru Meq Uitmen maliyyə vəziyyətinin sabitləşməsi və bazar mövqelərinin möhkəmləndirilməsi üçün çox səy göstərməli olacaq.




22/11/11    Çap et