Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekspertlər internetdə böyük məlumat itkisi qeydə alıblar


"Group-IB" şirkətinin kibertəhlükəsizlik üzrə ekspertlərinin məlumatına görə, internetdə 1,3 milyon ödəniş kartının məlumatlarından ibarət baza dərc edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, mütəxəssislər iddia edirlər ki, bu, qeydə alınmış ilk belə böyük məlumat itkisidir. Sözügedən məlumat bazası oktyabrın 28-də internetdə dərc edilib və 130 milyon dollara satılır.

 

Bazadakı bütün ödəniş kartları, demək olar, hind banklarının müştərilərinə məxsusdur.

 

Emil Hüseynov






30/10/19    Çap et