“Twitter” sosial şəbəkəsi istənilən siyasi reklamın yerləşdirilməsindən imtina edəcək. Bu haqda sözügedən şəbəkənin təsisçisi Cek Dorsi öz mikrobloqunda yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, "Hesab edirik ki, siyasi ideyaların yayılmasını pulla satın almaq deyil, onu qazanmaq lazımdır" – Cek Dorsi qərarını belə izah edib. Onun sözlərinə görə, internetdə kommersiya məqsədi daşıyan reklam səmərəlidir. Lakin siyasi reklam təhlükəlidir, çünki səs çoxluğu qazanmaqla milyonlarla insanın həyatını dəyişdirmək mümkündür.
Məlumata görə, dəyişiklik noyabrın 22-dən qüvvəyə minəcək.
Emil Hüseynov