"Apple" korporasiyası tərəfindən 2020-ci ildə təqdim ediləcək "iPhone" smartfonu "Qualcomm" şirkətinin "5G" çipi ilə təchiz ediləcək. Bu, hələ ki, bazarda ən qabaqcıl həldir. Bu haqda "Nikkei" nəşri məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Qualcomm X55" modemində maksimum daxilolma sürəti 7 QB/s, çıxan sürət isə 3 QB/s təşkil edir. Məlumata görə, çip "Apple" korporasiyasının "A14 Bionic" şərti adı altında yeni prosessoru ilə əlaqəli işləyəcək. Platformanın özəlliyi odur ki, 5 nanometr texnoloji proses üzrə işlənib hazırlanacaq.
ABŞ şirkəti gələcəkdə böyük ehtimalla özü modem hazırlayacaq. "Apple"ın 2020-ci ilin sentyabrından 2020-ci ilin sonunadək 80 milyon qurğu satmağı planlaşdırdığı məlumdur.
Emil Hüseynov