Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell Latitude 7220 Rugged Extreme” planşeti iki akkumulyatorla təchiz edilib


“Dell” şirkəti çətin şəraitlərdə peşəkar istifadə üçün nəzərdə tutulan mühafizəli “Latitude 7220 Rugged Extreme” planşetini rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, model “Full HD” (1920 х 1080) piksel təsvir ölçülü 11,6 düym diaqonallı ekranla təchiz edilib. Ekran 1000 kandel kvadratmetr parlaqlıqla xarakterizə olunur və parıltı əleyhinə örtüklə təchiz edilib ki, bu da günəş şüaları altında işləməyə imkan verir.

 

Bildirilir ki, yeni qurğunun korpusu “IP65” spesifikasiyasına (toz və suya qarşı davamlılıq) və ABŞ-ın “MIL-STD-810G/H” hərbi standartına uyğundur. Bundan başqa, planşetdən “Class 1 Div 2” partlayış təhlükəli zonalarda istifadə mümkündür. “Latitude 7220 Rugged Extreme” planşeti 1,2 metr hündürlükdən düşürülməklə və 29°C- 63°C temperatur dəyişiklikləri arasında dözümlülüyü yoxlanılıb. Modelin əsas versiyasında səkkizinci nəsil “Intel Core i3-8145U” prosessorundan istifadə edilib. Əlavə ödəniş əsasında “Core i5” və “Core i7” prosessorlarını quraşdırmaq olar.

 

Yeni modelin əsas versiyasının operativ yaddaş tutumu 8 giqabayt, 149 dollar əlavə ödənişlə isə 16 giqabayt təşkil edir. Quraşdırılmış yaddaş tutumu 128 giqabayt və 2 terabayt arasında dəyişir. Qurğu iki akkumulyatorla (biri qızan zaman digəri ilə əvəzetmə imkanı) təchiz edilib. Bundan başqa, “Windows Hello” sifətin tanınması funksiyasına malik infraqırmızı kamera nəzərdə tutulub.

 

“Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Dell Latitude 7220 Rugged Extreme” planşetinin qiyməti təxminən 2 700 dollar təşkil edir.

 

Nizam Nuriyev






01/11/19    Çap et