Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Köhnə “Apple” qurğularında internetə çıxış bağlanacaq


“Apple” şirkəti 2012-ci ilədək buraxılan modellərdə internetin bloklanması barədə qərar qəbul edib. Qurğu istifadəçilərinə “iOS” əməliyyat sisteminin ən son versiyasını quraşdırmaq təklif olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, köhnəlmiş “iPhone” və “iPad” istifadəçiləri qurğuları “iOS” əməliyyat sisteminin ən son versiyasınadək yeniləməyəcəyi təqdirdə internetə çıxışdan məhrum olacaqlar.

 

Müvafiq qərar 2012-ci ilədək istehsal edilən qurğu istifadəçilərinə şamil olunur.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, yenilənmiş proqram təminatının quraşdırılması hər 19 ildə bir dəfə “GPS” qurğularında proqram təminatının silinməsi və yenilənməsi ilə əlaqədardır. Bu, vaxt və tarixin daha dəqiq ölçülməsi üçün həyata keçirilir.

 

Nizam Nuriyev






04/11/19    Çap et