Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni polis dronu itkin düşmüş şəxsləri axtaracaq


Şotlandiya polisi itkin düşmüş şəxslərin axtarışına kömək edəcək yeni pilotsuz uçan aparatlar sistemini təqdim edib. Uzaq məsafədən idarə olunan aviasiya sistemi (RPAS) həm ən kiçik obyektləri, həm də diametri 150 metr olan obyektləri aşkar edə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, dron insanı aşkar etmək üçün kamera və neyron şəbəkələrindən istifadə edir, qurğu həm kiçik qaraltını, həm də 150 metrədək olan obyekti ayırd edə bilər. Dronun proqram təminatı kifayət qədər yığcamdır, bu səbəbdən həmin proqramı telefonda da işə salmaq olar.

 

"Pilotsuz təyyarə xüsusi datçiklərlə təchiz edilib" – Şotlandiya Polis bölməsinin inspektoru Nikolas Uayt deyib. "Bizə yüksək hündürlükdən kifayət qədər dəqiq görməyə imkan verən çox güclü optik kamera quraşdırılıb. Bundan başqa, ekstremal hadisələr üçün teplovizor datçiki nəzərdə tutulub".

 

Bu pilotsuz təyyarə tərəfindən toplanılmış məlumatlar real vaxt rejimində işlənir.

 

Emil Hüseynov






05/11/19    Çap et