Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan İKT sektoru üzrə qiymətləri sürətlə azaldan ölkələr siyahısında 53-cü yerdədir
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən yayımlanan mətbuat açıqlamasında “İKT Qiymət Səbəti” (ICT Price Basket) göstəricisi üzrə 2008-2010-cu illəri əhatə edən qiymət dəyişiklikləri barədə məlumat verilib.
Açıqlamada Azərbaycanın rabitə qiymətlərinin sürətlə azalan ölkələr siyahısına düşdüyü qeyd olunub.
Qeyd edək ki, ölkəmiz “İKT Qiymət Səbəti” göstəricisi üzrə 2009-cu ildə 161 ölkə arasında 99-cu yeri paylaşırdısa, 2010-cu ilin qiymətləndirmələrinə görə, 46 pillə irəliləyərək 165 ölkə arasında 53-cü yerə yüksəlib.
21/06/11 Çap et