Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “5G” şəbəkəsində məlumatların ötürülməsi üzrə dünya rekorduna imza atıb


"Huawei" şirkəti adi smartfondan istifadə etməklə "5G" şəbəkəsində məlumatların ötürülmə sürəti üzrə yeni rekorda imza atıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, Çin şirkəti Türkiyənin "Turk Telecom" rabitə operatoru ilə birgə "3GPP" standartına uyğun olaraq C diapazonda "5G" şəbəkəsini sınaqdan keçirib. Sınaqlar zamanı tərəfdaşlar 2,92 Qbit/s-dən yüksək sürət əldə etməyə nail olublar. Sınaqlarda "Turk Telecom" operatorunun SİM kartından istifadə edən "Huawei Mate X" smartfonu istifadə edilib.

 

"Huawei" şirkətinin rəsmisi bildirib ki, C diapazon və 2,6 QHs-lik diapazondan istifadə edən dünyada ilk "5G" kommersiya şəbəkələri artıq kommersiya istismarına buraxılıb.

 

Emil Hüseynov






07/11/19    Çap et