Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Western Digital” şirkəti 500 milyon dollar dəyərində cərimələnib
Minnesota (ABŞ) arbitraj məhkəməsi sərt disk istehsalçısı “Western Digital” ilə bağlı işdə “Seagate” şirkətinin tərəfini saxlayıb.
“Seagate” şirkəti təkid edir ki, onun keçmiş əməkdaşlarından (ad açıqlanmır) biri “Western Digital” şirkətinə məxfi korporativ informasiya verib və ticarət sirlərini açıb. Müvafiq iddia ərizəsi hələ 2006-cı ildə verilib. Arbitraj məhkəməsinin qərarına əsasən, “Western Digital” şirkəti 525 milyon dollar dəyərində cərimə ödəməlidir.
Hökm hələ son deyil. “Western Digital” şirkətinin prezidenti və icraçı direktoru Con Koynun sözlərinə əsasən, qərara yaxın vaxtlarda etiraz ediləcək. Şirkət hesab edir ki, qanunvericiliyi pozmayıb, “Seagate” şirkətinin iddiaları isə əsassızdır.
22/11/11 Çap et