Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində 300 milyondan çox mikrobloqqer var
Çin Xalq Respublikasının (ÇXR) Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi (MIIT) Çin internet-istifadəçiləri arasında mikrobloq xidmətləri populyarlığının artması haqqında məlumat verib.
Həmçinin bildirib ki, internetə təxminən 500 milyon insan daxil olur, onların da 300 milyondan çoxu müxtəlif mikrobloq şəbəkələrində hesaba malikdir.
Ölkədə sosial yönümlü ən məşhur resurs “Sina” şirkətinə məxsus “Weibo”-dur. Çin Xalq Respublikasında qadağan edilmiş “Twitter”-in analoqu olan bu resurs sürətlə populyarlaşır : əgər aprel ayında onun auditoriyası 140 milyon abunəçidən ibarət idisə, avqust ayında isə onların sayı 200 milyonu ötüb.
Ölkənin ən çox ziyarət edilən saytları arasında “Weibo” resursu üçüncü yeri (Baidu axtarış sistemi və QQ.com ani mesaj mübadilə sistemindən sonra) tutur. Çin hakimiyyəti mikrobloqlara sərt şəkildə nəzarət edir.
22/11/11 Çap et