Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BakuTel–2011” 17-сi Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına


Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi – “BakuTel-2011” 17-ci Beynəlxalq sərgi və konfransının iştirakçılarını bu möhtəşəm tədbirin keçirilməsi münasibətilə təbrik edirəm.

Builki sərgi və konfransda 32 ölkədən 250 şirkətin təmsil olunması dünya İKT cəmiyyətlərinin bu tədbirə verdiyi qiymətin parlaq təzahürüdür.

Ölkəmizdə hər il keçirilən bu Beynəlxalq sərgi və konfrans müxtəlif ölkələrin informasiya cəmiyyətlərinin formalaşması üzrə təcrübə mübadiləsi, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl texnologiyaların təqdimatı, şirkətlər arasında biznes əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Azərbaycanda İKT-nin inkişafına dövlət böyük qayğı göstərir. 2003-cü ildən İKT-nin inkişaf strategiyası və bu sahəyə dair bir neçə dövlət proqramı qəbul edilmiş, hüquqi baza formalaşmış, uyğun islahatlar həyata keçirilmiş və nəticədə normal rəqabət mühitinə malik olan, böyük həcmdə investisiya qəbul edən müasir İKT bazarı yaradılmışdır.

Ölkəmiz regional və beynəlxalq İKT layihələrində fəal iştirak edir. Avrasiya transmilli informasiya magistralı, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi kimi layihələr buna misaldır.

İnanıram ki, “BakuTel-2011” 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı müasir texnoloji nailiyyətlərin nümayişi, şirkətlərin, hökumət və dövlət təşkilatlarının, alim və mütəxəssislərin birgə müzakirələri, biznes əlaqələrinin qurulması, regional və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də Azərbaycanla yaxından tanışlıq üçün əlverişli mühit olacaqdır.

Sərgi və konfransın işinə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti




23/11/11    Çap et