Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın telekomunikasiya sistemində yeniliklər


Azərbaycanda “Elektron hökumət haqqında” qanun layihəsi üzrə aparılan işlər bu ilin sonunadək başa çatacaq. Rabitə və informasiya texnologiyalaır nazirnin müavini Elmir Vəlizadə bildirir ki, hazırda qanun layihəsi üzərində işlər davam edir.

Elmir Vəlizadənin sözlərinə görə, işlər yekunlaşdıqdan sonra layihə nəzərdə tutulmuş qaydada müvafiq dövlət qurumlarına təqdim olunacaq.

Nazir müavini qeyd edir ki, Azərbaycanın mobil rabitə operatoru olan Bakcell şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dördüncü nəsil rabitə standartında xidmətlərin göstərilməsi barədə təkliflə müraciət edib.

4G standartında xidmətlərin göstərilməsi üzrə lisenziyanın verilməsində heç bir problem yoxdur: “Əgər şirkət bu standartda xidmətlərin göstərilməsinə texniki cəhətdən hazır olarsa, onda icazə sənədi təqdim edilə bilər.

Noyabrın əvvəlində Nazirlik Azercell və Baksell-ə 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya verib. Bundan əvvəl isə Azerfon şirkəti 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya alıb. Habelə hər üç mobil rabitə operatoruna mobil rabitənin ən yeni nəsli olan 4G-nin (LTE ) tətbiqi üzrə təklif təqdim etmək tövsiyə olunub”.

Milli peykin orbitə çıxarılması məsələsinə də münasibət bildirən nazir müavini qeyd edib ki, bu istiqmətdə müvafiq qurumlarla iş aparılır. O vurğulayıb ki, ümumilikdə milli orbitin 2012-ci ilin sonuna peykə çıxarılması planlaşdırılır.




23/11/11    Çap et