Çinli bütün gecə telefonda oynadıqdan sonra bir gözü kor olub
Çinin Şençjen şəhərinin sakininin sol gözü bütün gecə smartfonda oynadığı üçün kor olub. Bu haqda "Daily Mail" yazıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
gazeta.ru" saytına istinadən yazır ki, məlum olub ki, həddən artıq gərginlik nəticəsində kişinin gözündə damar partlayıb və bu da qanaxmaya səbəb olub. Zərər çəkmiş artıq əməliyyat olunub.
Həkimlər xəstənin görmə qabiliyyətinin 1 ay sonra bərpa olunacağını bildiriblər.
Emil Hüseynov