Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” xidmətlər bazarında "fenomenal artım" gözlənilir


2020-ci ildə kommersiya tipli “5G” xidmətlər bazarı populyarlaşacaq. Bu, beşinci nəsil şəbəkələrin “FWA 5G” (fixed wireless access) sabit simsiz giriş üçün yaratdığı imkanlarla izah edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Digitimes Research”in analitikləri belə proqnozla çıxış ediblər. Onlar yeni “4G LTE” şəbəkələrinin sayının durmadan artmasına baxmayaraq “5G” xidmətlər bazarının fenomenal yüksəlişinə əmindirlər.

 

2019-cu ilin oktyabrına olan məlumata görə, dünyanın 26 ölkəsində 46 operator “5G” şəbəkələrinin kommersiya istismarına başlayıb. “GSA” assosiasiyasının məlumatına görə, ilk mərhələdə istifadəyə verilmiş “5G” şəbəkələrinin sayı “4G LTE” texnologiyasının analoji göstəricisini 3 dəfə qabaqlayır.

 

Emil Hüseynov






19/11/19    Çap et