Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy Note10+” smartfonunun xüsusi versiyası təqdim edilib


"Samsung" şirkəti qabaqcıl "Galaxy Note10+" smartfonunun "Star Wars" ("Ulduz müharibələri") filminin tərtibatı üslubunda xüsusi versiyasını təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, dəyişikliklər təkcə dizaynla məhdudlaşmayıb – məhdud buraxılışlı qurğu lazer qılınca bənzəyən elektron qələm və seriya üçün unikal tematik rəqəmli kontent ilə təchiz olunub.

 

Məlumata görə, qurğu dekabrın 20-də ekranlara çıxacaq fantastik filmin yeni hissəsinin buraxılışına həsr edilib. Smartfonla yanaşı, alıcılara brend çexol, kolleksiya metal nişanı və "Galaxy Buds" simsiz qulaqcığı təklif olunacaq.

 

"Star Wars" filminin həvəskarları üçün məxsusi olaraq yeni model "Ulduz müharibələri" üslubunda tematik şəkillər, xüsusi nişan və səs sistemləri dəsti, eləcə də qurğunun söndürülməsi üçün eksklüziv animasiya ilə təchiz edilib.

 

Nizam Nuriyev






19/11/19    Çap et