Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilədək “LTE” şəbəkədən təxminən 430 milyon istifadəçi istifadə edəcək


“Juniper Research” analitik şirkətinin məlumatlarına əsasən, “LTE” şəbəkələrində verilənlərin ötürülməsi xidmətlərinə olan tələbat 2016-cı ilədək bu standart əsasında “4G” şəbəkələrində təxminən 430 milyon istifadəçinin işləməsinə gətirib çıxaracaq.

Bu istifadəçilərin çox hissəsi hər ay yüksək sürətli simsiz internet üçün onlarla dollar ödəməyə hazır olan korporativ işçi və tələbkar internet-istifadəçilər olacaqlar.

Eyni zamanda, “Juniper” şirkəti proqnozlaşdırır ki, mobil internet xidmətləri istifadəçilərinin ümumi bazası arasında “LTE” şəbəkədən abunə bazasının yalnız 6%-i istifadə edəcək. 2016-cı ilədək təqribən hal-hazırda istifadə edilən texnologiyalar, məsələn, “HSPA” və onun törəmələri üstünlük təşkil edəcək.

Hesabat müəlliflərinin sözlərinə əsasən, “LTE” istifadəçiləri ən çox korporativ sektorda çalışanlar olacaqlar. Həmçinin, “LTE” şəbəkədən istifadə, məsələn, ödəmə terminalları, bankomatlar və müxtəlif informasiya köşklərində fəal olaraq inkişaf edəcək.




23/11/11    Çap et