Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” ilk elektron kitab oxuducusunu təqdim edib


“MiReader” – “Android” mobil əməliyyat sistemi ilə işləyən və elektron mürəkkəb texnologiyasına əsaslanan displeyə malik elektron kitab oxuducusudur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “MiReader” 6 düymlük “e-ink” ekranla (piksel sıxlığı 212 ppi) təchiz edilib. Smartfondan fərqli olaraq belə displey daha çox kağızı xatırladır: günəşli havada mətn yaxşı görsənir, yalnız səhifənin yenilənməsinə enerji sərf olunur. Buna görə elektron kitab oxuducusunun avtonom işləmə vaxtı 1 ay müddətinə kifayət edir.

 

“Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyən “MiReader” oxuducusu bütün populyar kitab formatlarını (EPUB, DOC, PDF, TXT və digərləri) dəstəkləyir.

 

Yenilik 4 nüvəli “Allwinner B300” prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Elektron kitab oxuducusunun korpusu onu rahat tutmaq üçün tutqun plastikdən hazırlanıb, çəkisi 178 qr-dır. Enerji doldurmaq üçün “USB Type-C” konnektoru quraşdırılıb.

 

“MiReader” elektron kitab oxuducusu hələ ki yalnız “Xiaomi” pul toplama meydançasında əlçatandır.

 

Emil Hüseynov






19/11/19    Çap et