“Xiaomi” şirkəti gücü 100 vatt olan yeni “Super Charge Turbo” simsiz enerji doldurma texnologiyasını təqdim edib. Bu haqda “Gizchina” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni texnologiya 17 dəqiqə ərzində 4000 milliamper/saat tutumunda akkumulyatoru 100%-dək enerji ilə doldurmaq imkanına malikdir.
Məlumata görə, “Super Charge Turbo” texnologiyasını dəstəkləyən akkumulyatorlar artan yüklənməni nəzərə alaraq istehsal ediləcək. Buna görə batareyanın sürətli sıradan çıxma riski istisna edilir.
Emil Hüseynov