Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Populyar “Android” proqramlarında yeniləmədən sonra boşluqlar qalır


“Google Play” kataloqunda yerləşdirilmiş populyar proqramların yeni versiyaları eyni boşluqlara malikdir ki, cinayətkarlar da kodun uzaq məsafədən icrası yolu ilə hücumlar həyata keçirə bilərlər. Bu haqda informasiya təhlükəsizliyinin təmini texnologiyaları üzrə ixtisaslaşmış “Check Point” şirkətindən məlumat verilib.

 

“ZDNet” resursu iddia edir ki, istifadəçilər rəsmi mağazalardan proqramı yükləyərkən düşünürlər ki, bu proqram təminatında artıq təhlükəsizlik problemi həll edilib, sonrakı çatışmazlıqlar isə yeniləmələrin çıxarılması ilə aradan qaldırılacaq. Ancaq bu, həmişə belə olmur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Google” proqramçıların yeniləmələrini izləmir və bu, istifadəçilər üçün təhlükəlidir.

 

Bu zaman hakerlər boşluqdan istifadə edərək qurbanın smartfonuna müdaxilə edə, bundan sonra yazışmanı, yaxud istifadəçinin olduğu məkan haqqında məlumatları ələ keçirə bilərlər.

 

Emil Hüseynov






22/11/19    Çap et