Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da internet-planşet bazarında “Apple” şirkəti birinci olub
“NPD Group” analitik şirkəti bu gün Amerika bazarında internet-planşetlərin populyarlığı haqqında məlumat dərc edib. Bu şirkətin məlumatlarına əsasən, reytinqin lideri gözlənilən idi.
Belə ki, 2011-ci ilin yanvar ayından oktyabr ayına kimi “Apple” şirkəti və onun “iPad” planşeti stabil olaraq bazarın 65%-ni tutub.
İkinci yeri təəccüblü də olsa “Samsung” şirkəti deyil, “Hewlett-Packard” şirkəti tutub. Hal-hazırda “HP” şirkəti artıq internet-planşet bazarını tərk edib.
"Qeyd edək ki, “HP” şirkətinin “TouchPad” planşetinin payı 17%, “Samsung Galaxy Tab” planşetinin payı isə 16% təşkil edib, lakin “NPD” şirkətindən bildiriblər ki, bu hal yalnız ABŞ bazarına aiddir. Dünya miqyasında isə “Samsung” şirkəti ikinci yerin sahibidir.
23/11/11 Çap et