Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa və Rusiyada ən populyar olan “IPv4” protokolunun IP ünvanları bitib


Rusiya, Yaxın Şərq və Avropada ən geniş yayılmış “IPv4” (Internet Protocol version 4) protokolunun IP ünvanları bitib. Bu haqda “RIPE NCC” saytında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, bu, saytların fəaliyyətinə heç bir təsir göstərməyəcək. Ünvanlar öz fəaliyyətini dayandırmış təşkilatlardan daxil olan boş ünvanlar sayəsində bərpa olunacaq. Bərpa edilmiş ünvanlar gözləmə siyahısına müvafiq olaraq paylanacaq.

 

Avropada artıq yeni nəsil “IPv6” protokolundan istifadəyə başlanılıb. Bildirilir ki, onun ünvanları bir neçə yüz milyard müştəri üçün kifayət edəcək.

 

“IPv4” – internet protokolunun ilk geniş istifadə edilən versiyasıdır. “IPv4” 32 bitlik ünvanlardan istifadə edir, ünvan sahəsi 4,3 milyard mümkün unikal ünvanla məhdudlaşır.

 

Emil Hüseynov






26/11/19    Çap et