Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MediaTek” şirkəti “5G” həllər üçün yeni brend hazırlayıb


“MediaTek” şirkəti “5G” həllər üçün “Dimensity” adlı yeni brend hazırlayıb. Bu brendə məxsus ilk prosessor 8 hesablama nüvəsinə malik “Dimensity 1000 5G” modeli olub: 2,6 QHs takt tezlikli 4 “ARM Cortex-A77” və 2 QHs takt tezlikli 4 “ARM Cortex-A55”.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “ARM Mali-G77 MC9” qrafik bloku sayəsində təsvir ölçüsü 2520x1080 pikselədək displeylərin dəstəyi təmin olunur. “Dimensity 1000 5G” həlli ilə təchiz edilmiş qurğular təsvir ölçüsü 80 milyon pikselədək olan kamera və ya 32 milyon 16 milyon piksel konfiqurasiyalı ikiqat kamera ilə təchiz edilə bilər.

 

İstehsalçıların sözlərinə görə, bir prosessorlu sistemlər yüksək keyfiyyətli şəkil və videolarla işləməyə imkan verir. Çiplər telefon kameraları üçün avtofokuslama, avtomatik ekspozisiya və səs azaldıcılardan istifadəyə imkan verən süni intellekt proqramlarını dəstəkləyir.

 

Bundan başqa, bir prosessorlu sistemlərdə məlumatların yüksək sürətlə ötürülməsi üçün “Wi-Fi 6” və “Bluetooth 5.1” standartları ilə inteqrasiya nəzərdə tutulub ki, bu da 1 Qbit/s-dən çox buraxılış qabiliyyətini təmin edir.

 

Emil Hüseynov






28/11/19    Çap et