Bir çox müasir texnologiyalarda (smartfonlar, daşınan qurğular və sairə) sürətli simsiz rabitə texnologiyasından istifadə edilir. Daha çox məlumat ötürülməsi həmin qurğuların məhsuldarlığı və imkanlarının artırılmasının məlum üsuludur.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, ABŞ-ın Delaver Universitetinin mühəndislərdən ibarət komandası yüksək hərəkətli elektronlardan ibarət tranzistor hazırlayıb.
Bu tip qurğular arasında yeni tranzistor bir sıra üstün xüsusiyyətlərə malikdir: rekord dərəcədə aşağı cərəyan itkisi, cərəyan gücləndirilməsinin rekord dərəcədə yüksək əmsalı və sairə.
Bu tranzistor yüksək buraxılış qabiliyyətli kommunikasiya sistemləri üçün faydalı olacaq: eyni cərəyan göstəricisi zamanı böyük gərginliyin öhdəsindən gələ bilər və daha az batareya enerjisi sərf edəcək.
Emil Hüseynov