Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” istifadəçilərinin mesajlarına müdaxilə üsulu tapılıb


“Android” sistemi üçün minlərlə proqramda aşkar edilmiş boşluq istifadəçinin fayl və mesajlarına müdaxilə etməyə imkan verir. Bu haqda “TrendMicro” şirkətinin mütəxəssisləri məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, problem “Android” sistemində minlərlə proqram tərəfindən “gif” formatlı şəkillərin işlənməsi üçün istifadə edilən “android-gif-drawable” paketinə daxil olan kitabxanaya aiddir. Boşluq bir neçə həftə əvvəl aradan qaldırılıb, ancaq bir çox proqramların paketi hələ yenilənməyib.

 

Məlumata görə, “Google Play” mağazasında istifadəçilər üçün təhlükəli ola bilən 3 mindən çox tətbiq qeydə alınıb.

 

Emil Hüseynov






28/11/19    Çap et