Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G”-nin tətbiqi ilə “Android” sisteminin smartfon bazarında mövqeyi güclənəcək


"5G" texnologiyasının tətbiqi nəticəsində "Android" sisteminin smartfon bazarında mövqeyi güclənəcək, "iOS" sisteminin bazar payı isə tədricən azalacaq. "IDC" tədqiqat şirkətinin analitikləri 2019-2023-cü illərdə smartfon sənayesinin inkişafı haqqında proqnozda belə fikir söyləyiblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 2019-cu ildə "Android" sisteminin idarəetməsi altında işləyən 1,197 milyard smartfon bazara tədarük ediləcək ki, bu da 2018-ci illə müqayisədə 0,3% çoxdur. Buna görə "Google"un mobil platformasının payı 85,1%-dən 86,6%-dək yüksələcək. Mütəxəssislər ilk "5G" kommersiya şəbəkələrinin işə salınmasını və Çin brendlərində çeşidin çoxalmasını artıma səbəb olan amillər kimi göstəriblər. Həmçinin bildirilib ki, yeniliklər sayəsində bu il "Android" modellərinin orta pərakəndə qiyməti 1,5% yüksələrək 258 dollar təşkil edəcək.

 

Proqnoza görə, 2019-cu ildə "iPhone" smartfonlarının tədarükünün 11,4% azalması "Apple"ın bazar payının 13,4%-dək azalmasına səbəb olacaq.

 

Emil Hüseynov






28/11/19    Çap et