Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rayonlarda genişzolaqlı internet xidmətləri genişlənir


“AvirTel” şirkəti respublikanın rayonlarında genişzolaqlı internet xidmətlərini genişləndirməyi qarşıya məqsəd qoyub”. Bu barədə “AvirTel” şirkətinin rəhbəri İsmayıl Şabani məlumat verib. “Bakıda Dial- up, ADSL, E-1 və simsiz rabitə vasitəsilə yüksək sürətli internet xidmətini təqdim etmişik və həmçinin, Azərbaycanın iri rayonlarını da bu xidmətlə təmin etməyi planlaşdırırıq” .
İ.Şabaninin sözlərinə görə, artıq Azərbaycanın 22 rayonunda şəbəkə qurulub və daha 15 rayonda da uyğun tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “TollFree” xidmətlərinin göstərilməsi ilə bazara daxil olan “Avir Tel” şirkəti, həmçinin, şirkətlər üçün müştərək və simsiz kamera və ofis daxilində ATS-lərin quraşdırılması daxil olmaqla telekommunikasiya problemlərinin həllini də təqdim edir.




21/06/11    Çap et