2019-cu il üzrə mobil bazar liderlərinin reytinqi dərc edilib
Nüfuzlu “Gartner” konsaltinq şirkəti bu il ən çox smartfon satmış şirkətlərin yeni reytinqini dərc edib. Qlobal satış tempinin bir qədər azalmasına baxmayaraq, reytinqin liderləri xeyli qurğu satmağa müvəffəq olublar və bəzi hallarda ötənilki göstəricilərini üstələyiblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, 79,05 milyon qurğu satmış Cənubi Koreyanın “Samsung” şirkəti 2019-cu ilin üç rübünün göstəricisinə görə lider olub. Şirkətin mobil bazarda ümumi payı 20,4%-dir.
65 milyon smartfon satmış “HUAWEI” reytinqdə ikinci pilləni tutub. ABŞ hökuməti tərəfindən qoyulmuş sanksiyalara baxmayaraq, şirkətin smartfonlarının qlobal cihaz tədarükündə payı 17%-ə bərabər olub.
Reytinqdə üçüncü pillədə qərarlaşmış ABŞ-ın “Apple” şirkətinin satışları xeyli azalıb. İstehsalçı hesabat dövründə ötən illə müqayisədə 5 milyon daha az aparat satıb.
Emil Hüseynov