Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin 2015-ci ilədək dünyanın ən böyük elektron ticarət bazarı ola bilər


“Çinin elektron ticarət bazarı sürətlə inkişaf edir,”- “Boston Consulting Group” şirkətinin analitikləri tərəfindən elan edilmiş hesabatda deyilib.

Hal-hazırda Çinin təxminən 145 milyon sakini satınalmaları şəbəkə vasitəsilə həyata keçirir. Bu, veb-auditoriyanın ümumi sayının (500 milyon) təxminən 30%-i deməkdir. Ekspertlərin proqnozlarına əsasən, 2015-ci ilədək 329 milyon çinli satınalmaları onlayn həyata keçirəcək.

Çin Xalq Respublikasının (ÇXR) onlayn ticarət bazarının həcmi 74 milyard dollar dəyərində qiymətləndirilir. Qeyd edək ki, ABŞ-da bu göstərici 177 milyard təşkil edir.

Analitiklər qeyd edirlər ki, Çində onlayn ticarətin sürətli inkişafına internet-auditoriyanın sayının artması və alınmış malların çatdırılma qiymətinin aşağı olması imkan yaradır. “Boston Consulting Group” şirkəti hesab edir ki, ÇXR 2015-ci ilədək ABŞ-ı ötərək dünyanın ən böyük elektron ticarət bazarı ola bilər.




24/11/11    Çap et