Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qualcomm” yeni qabaqcıl prosessoruna “5G” modem quraşdırmayıb


Mobil qurğular üçün dünyada ən böyük prosessor istehsalçısı "Qualcomm" şirkəti öz qabaqcıl həllini – "Snapdragon 865" prosessorunu təqdim edib. Yenilik 2020-ci ildə təqdim ediləcək ən güclü və bahalı smartfonlar üçün nəzərdə tutulub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, yeni prosessora beşinci nəsil mobil şəbəkələrində işləmək üçün daxili modem quraşdırılmayıb. Bu isə o deməkdir ki, istehsalçı "5G" ilə uyğunluq üçün smartfona ayrı modem çipi quraşdırmaq məcburiyyətindədir ki, bu isə daxili həllərdən daha bahalıdır və enerji baxımından səmərəli deyil.

 

"Qualcomm" şirkəti daxili "5G" modeminə malik çip təqdim etsə də, "Snapdragon 765" prosessoru "865"lə müqayisədə məhsuldar deyil.

 

Emil Hüseynov






04/12/19    Çap et