Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin ən böyük smartfon bazarıdır
Dünyanın digər ölkələri ilə müqayisədə Çində daha çox smartfon satılır. Bu barədə “Strategy Analytics”in tədqiqatına istinadən “Boy Genius Report” xəbər verib. Ekspertlərin məlumatına əsasən, Çin üçüncü rübdə bu göstərici üzrə ilk dəfə olaraq ABŞ-ı ötüb: ölkədə demək olar ki, 24 milyon smartfon satılıb. ABŞ 23 milyon göstərici ilə ikinci yerdədir.
“Strategy Analytics”-dən qeyd ediblər ki, Çində satışların həcmi II rüblə müqayisədə 58% artıb, halbuki ABŞ-da 7% azalıb. İstehsalçılara gəlincə isə Çində “Nokia” (6,8 milyon) və “Samsung” (4,2 milyon) aparatları, ABŞ-da isə “HTC” (5,6 milyon) və “Apple” (4,8 milyon) smartfonları daha çox satılıb.
24/11/11 Çap et