Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPhone” adı ilə olan pornodomenlərə hüquqları əldə edib


“Apple” korporasiyası domenlərinin adında “iPhone” sözü olan 7 pornosayt sahibi ilə razılaşıb,”- “DomainNameWire” xəbər verib. Bütün bu resursların İsrail şirkətinə məxsus olduğu aydınlaşıb. İndi bu domen adlarına olan hüquqlar “Apple” korporasiyasına məxsusdur.

Ehtimal ki, Amerika şirkəti 6 saytı bağlayacaq, “iphone4s” resursundan isə yeni smartfona həsr edilmiş “Apple” səhifəsinə yönləndirmə edəcək. Qeyd edək ki, hərçənd ki, 7 mübahisəli domen hal-hazırda “Apple” korporasiyasına məxsusdur, lakin hal-hazırda onlardan əvvəlki kimi pornoqrafik məzmunlu resurslara yönləndirmə gedir.




24/11/11    Çap et