Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sinir hüceyrələrini tamamilə əvəz edə biləcək miniatür çip hazırlanıb


Böyük Britaniyanın Bat Universitetinin alimləri tərəfindən hazırlanmış yeni miniatür çipin özəlliyi insanın sinir hüceyrələrinin işini tamamilə təkrarlamasıdır. Alimlər gələcəkdə onurğa beyninin bərpası və ürək çatışmazlığının müalicəsində belə mikrokontrollerlərdən istifadə etməyi planlaşdırırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, miniatür çipdə beyinlə əlaqə yaradılması üçün cavabdeh olan hippokamp neyronlarının və tənəffüs neyronlarının işini imitasiya edən bir neçə yaddaş bölməsi var. Çiplər real bioloji hüceyrələrdə elektrik impulsları üçün cavabdeh olan bir sıra sintetik ion kanalları ilə təchiz edilib.

 

Laboratoriya siçovulları üzərində bir sıra tədqiqatlar keçirmiş alimlər süni sinir hüceyrələrinin bioloji hüceyrələrə reaksiyasını uğurla simulyasiya etməyə müvəffəq olublar. Gələcəkdə mütəxəssislər onurğa beyin zədələrindən, alsqeymer xəstəliyindən əziyyət çəkən pasiyentlərin sağalmasına kömək edəcək sinir sistemi hazırlamağı planlaşdırır.

 

Emil Hüseynov






05/12/19    Çap et