Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brin və Peyc “Alphabet”in rəhbər postunu tərk ediblər


ABŞ-ın "Google" şirkətinin təsisçiləri Serqey Brin və Larri Peyc "Alphabet" holdinqi üzərində nəzarəti "Google"un baş direktoru Sundar Piçaiyə təhvil veriblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, onlar bildiriblər ki, "Alphabet şirkətinin idarəetmə strukturunun sadələşdirilməsi vaxtı çatıb. Həmçinin qeyd ediblər ki, Alphabet və Google şirkətlərində iki baş direktor və prezidentə ehtiyac yoxdur, Sundar həm Google, həm də Alphabet şirkətlərinin baş direktoru olacaq".

 

Peyc və Brin "Alphabet"in direktorlar şurasında təmsil olunacaqlar. Onlar holdinqin fəaliyyətində aktiv iştirak etmək niyyətində olduğunu bildiriblər.

 

Peyc və Brin tərəfindən təsis edilmiş "Google" şirkəti ilk dəfə 1998-ci ilin sentyabrında özəl müəssisə kimi qeydiyyata alınıb. "Google" 2015-ci ildən "Alphabet"in bir hissəsidir. "Alphabet" holdinqinin bazar kapitalı 890 milyard dolları ötür.

 

Emil Hüseynov






05/12/19    Çap et