Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər istənilən əşyanı ilə internetə qoşulmağın yolun tapıblar
Massaçusets Texniki İnstitutunun alimləri “Twine” adlı qurğu yaradıblar. Bu qurğu vasitəsi ilə istənilən əşyanı praktik olaraq internetə qoşmaq olar. Bu nə üçün lazımdır? İstehsalçılar iddia edirlər ki, onların ixtirası müxtəlif qurğuları şəbəkədə birləşdirə biləcək və internet vasitəsilə istifadəçiləri onların evində olan müxtəlif hadisələr haqqında məlumatlandıracaq.
Məsələn, “Twine” qurğusu evin zirzəmisini su basması halında “Twitter”-ə yazacaq və ya elektron məktub göndərəcək. Qurğunun tətbiq edilmə variantları çoxdur. O, qapıların açılması və bağlanmasını qeyd edəcək, evdə yadların olmasını aşkar edəcək, sındırılmış pəncərə haqqında və s. haqqında məlumat verəcək.
“Twine” qurğusu “Wi-Fi” modulu, daxili temperatur tənzimçisi və akselerometrlə təchiz edilib. Gələcəkdə qurğu maqnit sensorunu, rütubət, təzyiq və cərəyan tənzimçilərini, “RFID” hesablayıcısını dəstəkləyəcək. Sensorları istənilən əşyaya quraşdırmaq olar.
Bir hadisə baş verdikdə onlar məlumatı “Twine” qurğusuna ötürəcəklər, sonra qurğu internetə daxil olacaq və sahibini xəbərdar edəcək. Qurğu 2 ədəd “AAA” batareyası ilə və ya “miniUSB” vasitəsilə enerji konnektorunda işləyir.
24/11/11 Çap et