Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerinə yeni funksiya əlavə edilib


“WhatsApp” messencerinin proqramçıları “Any.do” xidməti ilə birgə messencerə yeni funksiya əlavə ediblər ki, bu da tapşırıqlar yaratmağa və onlar haqqında bildiriş qəbuluna imkan verir. Yeni funksiya “whatsapp.any.do” saytında təqdim edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “WhatsApp Reminders” adlandırılmış yeni funksiya ödənişli abunə üzrə bütün qurğularda əlçatandır.

 

Tapşırıq yaratmaq üçün “Any.do” botuna bildiriş vaxtının göstərilməsi qeyd edilmiş müvafiq mesaj göndərmək lazımdır. Bundan başqa, avtomatik tapşırıqlar yaratmaq üçün digər həmsöhbətlərdən alınmış mesajları yönləndirmək olar.

 

Emil Hüseynov






09/12/19    Çap et