Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” korporasiyası mikroserverlər üçün prosessor istehsal edib


“İntel” korporasiyası mikroserverlər üçün nəzərdə tutulmuş yeni “Pentium 350” prosessorlarını istehsal edib. İkinüvəli prosessorlar 1,2 QHz takt tezliyində işləyir və cəmi 3 meqabayt keş-yaddaşa malikdirlər. Bir çox server prosessorları kimi, yeni “Pentium 350” də bir sıra müasir funksiyalara malik deyil.

Qeyd edək ki, “Pentium” brendi “İntel” korporasiyasının prosessor xəttində ən uzunmüddətlilərdən biri olub, lakin hal-hazırda korporasiyanın əsas prays-listində bu çipləri tapmaq mümkün deyil. Hal-hazırda birinci və ikinci nəsil “İntel Core” çipləri onları əvəz ediblər.

“İntel” korporasiyasından bildiriblər ki, yeni “Pentium 350” kiçik veb-saytların, fayl arxivlərinin və şəbəkə çapının xidməti üçün nəzərdə tutulmuş mikroserverlər üçün nəzərdə tutulub.

Bu prosessorlar iş zamanı cəmi 15 vatt sərf edirlər, ona görə onları yalnız mikroserverlərdə deyil, həm də yığcam avadanlıqlarda istifadə etmək olar.




24/11/11    Çap et