Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinin vəziyyətini çətinləşdirəcək


“Windows 7” əməliyyat sistemi 2009-cu ildə təqdim edilib, amma “Microsoft” korporasiyasının yeni “Windows 10” sisteminə keçilməsi üzrə tövsiyələrinə baxmayaraq, sözügedən sistem hələ də istifadə edilir. Tezliklə proqram nəhəngi köhnə əməliyyat sisteminin istifadəçilərinə yeniləməyə ehtiyac olduğunu yenidən xatırladacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Windows 7” əməliyyat sisteminin dəstəyi rəsmən 2020-ci il yanvarın 14-də bitəcək və yanvarın 15-də “Microsoft” öz istifadəçilərinə bu barədə xatırlatmağa başlayacaq. Onlar vaxtaşırı masaüstü əməliyyat sisteminin daha aktual versiyasına keçmək təklifindən ibarət üzə çıxan bildirişlər alacaqlar. Hər dəfə bu bildirişlərdən ibarət pəncərələri bağlamaq lazım gələcək.

 

Hazırda “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüterlərin bazar payı 27,5% səviyyəsində qiymətləndirilir. Statistikaya görə, istifadəçilərin təxminən 65%-i “Windows 10” sisteminə keçiblər.

 

Emil Hüseynov






11/12/19    Çap et