Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Demək olar ki çərçivəsiz “Redmi 13” noutbuku təqdim edilib


“Redmi” şirkəti dörd bir tərəfdən minimal çərçivəyə malik yeni “RedmiBook 13” noutbukunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “RedmiBook 13” noutbuku “Full HD ” təsvir ölçülü 13,3 düymlük ekranla təchiz edilib. Noutbukun ölçüsü “A4” vərəqindən kiçikdir.

 

Cihaz adi kuler və diametri 6 mm olan ikiqat istilik borusundan ibarət təkmilləşdirilmiş soyutma sisteminə malikdir. Bu, istilik ayrılmasını 70% artırmağa imkan verib.

 

“RedmiBook 13” noutbuku 10-cu nəsil “Intel Core i5” və “Core i7” prosessorları, 8 QB əməli yaddaş və 512 QB-lıq SSD yaddaşla təchiz edilib. Noutbukun avtonom işləmə müddəti 11 saat təşkil edir. Bundan başqa, şirkət sürətli enerji doldurma texnologiyasını reallaşdırıb (35 dəqiqə ərzində noutbuku 50%-dək enerji ilə doldurmaq mümkündür).

 

Emil Hüseynov






11/12/19    Çap et