Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Yahoo” ilə məxfilik haqqında saziş bağlayıb


Bu yaxınlarda “Yahoo” internet-şirkəti satışa çıxarıla  bilər. “Microsoft” korporasiyası partnyor-investorlarla internet-şirkətini  almağa iddiaçıdır.

“Microsoft”un bu yaxınlarda “Yahoo” ilə məxfilik haqqında saziş bağladığı bildirilir. Saziş proqram nəhənginə internet- şirkətin qapalı korporativ informasiyasına giriş əldə etməyə imkan yaradacaq. Eyni sazişləri “Yahoo” ilə bir neçə investisiya fondu da imzalayıblar.

Qeyd edək ki, artıq “Microsoft” korporasiyası 2008-ci ilin əvvəlində “Yahoo” internet-şirkətini satın almağa çalışıb. O vaxt  “Microsoft” 47,5 milyard dollar təklif etmişdi. Lakin internet-şirkətin idarə heyəti təklifdən imtina etmişdi.

Ekspertlər hesab edir ki, bu dəfə saziş 1 səhm üçün 16-18 dollardan hesablana bilər; beləliklə, “Yahoo” hal-hazırda 20,0-22,7 milyard dollar dəyərində qiymətləndirilir.




24/11/11    Çap et