Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək


ABŞ-ın “Garmin” naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texnologiya hazırlayıb.

 

“Autoland” adlandırılmış yeni sistem kritik vəziyyətlərdə əlçatan olacaq. İstehsalçının sözlərinə görə, yeni hazırlama aviasiya sənayesini tamamilə dəyişəcək. Məsələn, adi bir sərnişin enmə zamanı pilotu əvəz edə biləcək. Bunun üçün sistemi işə salan bir düyməyə sıxmaq lazımdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yeni texnologiya təyyarənin və 200 dəniz mili radiusundakı ən yaxın aeroportun yerini avtomatik müəyyənləşdirəcək.

 

Yeni naviqasiya sistemi, həmçinin yanacağın səviyyəsini, hava şəraitini və uçuşun müddətinə təsir göstərəcək başqa amilləri müəyyənləşdirəcək.

 

Emil Hüseynov






12/12/19    Çap et