“Samsung” şirkəti “Galaxy A50” smartfonunun varisini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon 2340x1080 piksel təsvir ölçülü və tərəflər nisbəti 20:9 təşkil edən 6,5 düymlük “Super AMOLED” displeyi, “Exynos 9611” prosessoru ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 32 meqapikseldir.
Smartfonun arxa kamerası 4 sensordan ibarətdir: 48 meqapiksellik əsas, 12 meqapiksellik genişbucaqlı obyektiv və 5 meqapiksellik iki köməkçi datçik (makro çəkiliş modulu və dərinlik sensoru).
“Galaxy A51” qurğusuna sürətli enerji doldurma texnologiyasını dəstəkləyən 4000 milliamper/saat tutumunda daxili akkumulyator quraşdırılıb. İstehsalçının iddiasına görə, telefonla 3 saatlıq danışıq və ya 10 saat ərzində musiqi dinləmək üçün smartfonun 10 dəqiqə enerji toplaması kifayətdir. Simli qulaqlıqların qoşulması üçün 3,5 mm-lik audio konnektor nəzərdə tutulub, həmçinin “Dolby Atmos” həcmli səslənmə texnologiyası reallaşdırılıb.
Konfiqurasiyadan asılı olaraq modelin əməli yaddaş tutumu müvafiq olaraq 4, 6 və ya 8 QB, daxili yaddaş isə 64 və ya 128 QB təşkil edir. “Samsung Galaxy A51” smartfonu “One UI 2.0” interfeysli “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
Emil Hüseynov