Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “elektron hökumət” internet portalına artıq 10 nazirlik qoşulub


Yaxın zamanlarda Azərbaycanda elektron xidmətlərdən istifadə qaydaları təsdiq olunacaq. Bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, artıq ölkədə “elektron hökumət” internet portalı yaradılıb. Portala 10 nazirlik qoşulub. Bu nazirliklər tərəfindən hazırda 49 xidmət göstərilir.

E.Vəlizadə qeyd edib ki, digər nazirliklərin və dövlət qurumlarının portala qoşulması üçün də işlər aparılır.

Qeyd edək ki, 2013-cü ilin ikinci yarısında Azərbaycanda 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur. “Elektron hökumət” portalında sahələr üzrə bölgü olacaq. Məsələn, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil və s. Əhali portala daxil olaraq xidmətlərin siyahısı ilə tanış olub onlardan istifadə edə biləcək.




24/11/11    Çap et