Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gəncədə İP TV xidmətinin tətbiqində heç bir problem yoxdur
“Gəncə Telekommunikasiya İdarəsi müasir NGN texnologiyanın tətbiqi ilə yeni xidmətlərin göstərilıməsinə başlayıb” deyən idarənin rəisi Əli Hüseynov birinci olaraq analoq ATS-lərin ləğv edilməsi genişzolaqlı internet istifadəçilərinin sayının artmasına şərait yaratdığını bildirdi. Onun sözlərinə görə, şəhər rabitəsinin ümumi tutumu 67076 nömrədir ki, bunun da 39424 nömrəsi NGN texnologiyası əsasaında qurulub. İdarə üzrə 1686 genişzolaqlı inte4rnet istifadəçisi var.
Rəis daha sonra qeyd etdi ki, genişzolaqlı internet xidmətindən istifadə edənlərin sayının artması yüksək keyfiyyətli rabitə xidməti ilə yanaşı digər multimediya xidmətlərindən, o cümlədən İP TV xidmətinin tətbiqinə şərait yaradıb.
Bu yeni xidmətin şəhər sakinlərinin marağına səbəb olduğunu bildirən idarə rəis xidmətin texniki cəhətdən tətbiqi üçün heç bir problem olmadığını bildirdi.”NGN stansiyatası İP TV xidmətinin tətbiqini dəstəkləyir və bu xidmət gəncəlilərə telefon xətti üzərindən TV xidmətinin göstərilməsinə şərait yaradacaq” deyə o qeyd edib.
21/06/11 Çap et