Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə 17-ci Beynəlxalq Sərgi və konfransına salamlarımı göndərməyimə çox məmnunam.
Davamlı inkişafa nail olmaq məqsədilə hökumətlər və şirkətlər üçün körpü və ən son texnologiyaların tətbiqi və inkişaf etdirilməsində platforma kimi çıxış edən Bakutel telekommunikasiya sektorunda öz rolunu genişləndirmək və gücləndirmək üçün imkanlar təklif edir.
Mən hökumət və biznes sektoronu inkişaf üçün İKT-dən bəhrələnmək üçün yeni təkliflər irəli sürülməsinə çağırıram. Dünya, gələn il keçiriləcək BMT-nin çox vacib davamlı İnkişaf üçün “Rio+20” Konfransına hazırlaşır və bunun üçün də “yaşıl” texnologiyalar üçün innovativ ideyalar xüsusilə vacib və tam vaxtındadır.
Birləşmiş Millətlər sistemi öz növbəsində, İKT sektorunu regionda inkişaf etdirmək üçün hökumət və digər maraqlı tərəflər ilə işləməyi davam etdirir.
Minilliyin İnkişaf Hədəfləri istiqamətində beynəlxalq razılaşma ilə qoyulmuş son tarixə - 2015-ci ilə yaxınlaşdığımız və 2015-dən sonrakı dövrün inkişafının düşündüyümüz bu dövrdə inkişafın sürətləndirilməsi istiqamətində göstərilən intensiv səylər daha böyük töhfələr verə bilər.
Mən təşkilatçı və iştirakçıları bizim ümumi inkişaf məqsədlərinə nail olunması məqsədilə göstərdikləri səyləri yüksək qiymətləndirirəm. Sərgi və konfransın uğurlu və səmərəli keçməsi üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
24/11/11 Çap et