Avstraliya alimləri insult və ya kəllə-beyin travmalarından sonra xəstələrin reabilitasiyası üçün yeni qurğu yaradıblar. Sınaqların nəticələrinə görə, qurğudan istifadə xəstələrin vəziyyətini iki-üç dəfə yaxşılaşdırmağa imkan verir. Bu barədə Melburn Kral Texnologiya İnstitutunun (RMIT) məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, travmanın ağırlığı və ya insultun beyinə təsiri və onun hansı nahiyəsini zədələməsindən asılı olaraq xəstə həm nisbətən sağlam vəziyyətdə qala, həm də danışmaq və ya hərəkət etmək qabiliyyətini itirə bilər. Belə xəstələrin normal həyata qayıdışı ilə bağlı problem böyük əhəmiyyətə malikdir. Onun həlli üçün növbəti həll Avstraliya alimləri tərəfindən təqdim olunub: onlar xəstələrə reabilitasiyadan keçməni hiss etmədən müalicə olunmağa imkan verən "EDNA" adlı aparat ərsəyə gətiriblər.
Qurğu manipulyator dəstlərindən ibarət sensor ekrandır. Onun vasitəsilə xəstə əl-ayağın hərəkətliyini və beyinin neyron əlaqələrini bərpa etməyə kömək edən müxtəlif mürəkkəblik səviyyəsinə malik oyunlar oynaya bilərlər. Sistem tərəfindən həkimin fəaliyyətlə bağlı bütün məlumatlardan istifadəsi və işə dəyişikliklər və əlavələr etməsi üçün onlar "bulud" saxlancına yüklənilir.
Mütəxəssislər qeyd edib ki, hazırda "EDNA" qurğusunun Sidney xəstəxanalarından birində klinik sınaqları keçirilir. Stasionar qurğu ilə yanaşı, həkimlər tərəfindən xəstələrə müalicəni evdə davam etdirməyə imkan verən onun portativ variantı test edilir.
Nizam Nuriyev