Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Son onilliyin ən populyar proqramları açıqlanıb


"App Annie" analitik şirkəti son onilliyin ən populyar proqram və oyunlarının adını açıqlayıb. Reytinq şirkətin saytında dərc edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "Facebook", "Facebook Messenger" və "WhatsApp" proqramları ən çox yüklənən proqramların siyahısında liderdirlər. "Instagram" və "Snapchat", həmçinin ilk beşliyə daxil edilib.

 

Son onilliyin ən populyar oyunu Danimarkanın "Kiloo" şirkəti tərəfindən hazırlanmış "Subway Surfers" olub. "Candy Crush Saga" oyunu ikinci pillədə qərarlaşıb. "Temple Run 2" oyunu isə üçüncü olub.

 

Analitiklər, həmçinin ən gəlirli proqramların reytinqini tərtib ediblər. "Netflix" striminq xidməti birinci, "Tinder" tanışlıq proqramı ikinci, "Pandora Music" üçüncü pillədə qərarlaşıb.

 

Emil Hüseynov






17/12/19    Çap et